Norveç Kralı Əlahəzrət V Haralda – Bakı şəhəri, 7 yanvar 2000-ci il


Əlahəzrət,      

Oslo şəhəri yaxınlığında sərnişin qatarının qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 8 yanvar 2000-ci il