Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasının sədri zati-aliləri cənab Tszyan Tszeminə təbriki - Bakı şəhəri, 18 avqust 2001-ci il


Hörmətli cənab Sədr!

Sizi anadan olmağınızın 75 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Çin arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya