Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bosniya və Herseqovinanın Prezidenti zati-aliləri cənab Jivko Radişiçə təbriki - Bakı şəhəri, 26 fevral 2001-ci il


Hörmətli cənab Prezident!

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və dost Bosniya və Herseqovina xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq əlaqələri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti. 

 

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa