Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti zati-aliləri xanım Çandrika Kumaratunqaya - Bakı şəhəri, 28 yanvar 2002-ci il


Hörmətli xanım prezident!

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı- Müstəqillik günü münasibətilə Sizi və bütün Şri-Lanka xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafı bundan sonra da xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 28 yanvar 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya