Fransa prezidenti Jak Şırakın, Azərbaycan Prezidenti Heydər Əliyevin, Ermənistan prezidenti Robert Koçaryanın birgə brifinqindən - 5 mart 2001-ci il


... Sual: Mənim sualım cənab Əliyevə və cənab Şirakadır, Cənab Əliyev, Siz çeçen xalqının və mən bilən, Kosovo xalqının öz müqəddəratını təyin etməsi hüququnu dəstəkləyirsiniz. Bəs Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etməsi hüququnu necə, burada ikili standartlar təzahürü yoxdurmu?

Heydər Əliyev: Sizə kim deyib ki, mən bunları dəstəkləyirəm, siz bunu haradan götürmüsünüz? Mən dəfələrlə demişəm və heç kimdə yanlış rəy olmasın deyə, sizə də təkrar edirəm.

Mən beynəlxalq hüququn prinsipləri, hər bir dövlətin sərhədlərinin, ərazi bütövlüyünün pozulmazlığının qəti tərəfdarıyam, separatçılığın yolverilməzliyi prinsipini qətiyyətlə müdafiə edirəm. Odur ki, Rusiyanın ərazi bütövlüyünü pozmaq istəyən çeçenləri heç cür dəstəkləyə bilmərəm. Ona görə də bu məsələ barəsində mənim baxışlarımı siz, görünür, sadəcə olaraq, bilmirsiniz və belə suallar verirsiniz...

"Azərbaycan" qəzeti, 8 mart 2001-ci il.