Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Əbdüləziz Buteflikaya - Bakı şəhəri, 26 oktyabr 2002-ci il


Hörmətli cənab prezident!

Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - Əlcəzair inqilabı günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın rifahına daim öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 noyabr 2002-ci il.