Avstriya Respublikasının prezidenti Zati-aliləri cənab Tomas Klestiyə - Bakı şəhəri, 11 noyabr 2000-ci il


Hörmətli cənab prezident!

Kitsştaynxorn dağı altındakı tuneldən  keçən funkulyor qatarında baş vermiş yanğın nəticəsində çoxsaylı insan təlafatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


“Azərbaycan" qəzeti, 12 noyabr 2000-ci il.