Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya başsağlığı məktubu - Bakı şəhəri, 6 aprel 1998-ci il


Hörmətli Leonid Daniloviç!

Donetskdəki şaxtada partlayış nəticəsində çoxsaylı insan tələfatının olması haqqında xəbər məni dərindən sarsıtdı.

Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına səmimi qəlbdən başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.