Kuba Respublikası Dövlət Şurasının sədri zati-aliləri cənab Fidel Kastro Rusa - 24 dekabr 2002-ci il


Hörmətli cənab sədr,

Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə sizi və dost Kuba xalqını səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasındakı dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, Azərbaycan - Kuba əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 3 yanvar 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

XARİCİ SİYASƏT

Tarixi arayış

XARİCİ SİYASƏT