Türkiyə Böyük Millət Məclisinin sədri əlahəzrət Hüsaməddin Cindoruq cənablarına - 28 oktyabr 1993-cü il


Hörmətli cənab H.Cindoruq!

Milli bayram - Respublika elan edilməsi gününün 70 illiyi münasibətilə sizi və bütün Türkiyə xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan təbrik edir, sizə möhkəm cansağlığı, səadət və fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında dostluq və sıx əməkdaşlıq əlaqələri xalqlarımızın tərəqqisi işinə xidmət edəcək, onların hər ikisi üçün faydalı olacaqdır.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 29 oktyabr 1993-cü il.