Pakistan İslam Respublikasının prezidenti zati-aliləri cənab Pərviz Müşərrəfə - Bakı şəhəri, 21 mart 2003-cü il


Hörmətli cənab prezident!

Pakistan İslam Respublikasının milli bayramı - Pakistan günü münasibətilə sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı münasibətlərin inkişafının bugünkü səviyyəsindən məmnunam. Əminəm ki, xalqlarımızın qarşılıqlı iradəsi ilə dost ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə dərinləşdirilməsi üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 23 mart 2003-cü il.