Belçika krallığının Baş naziri zati-aliləri cənab Qi Verxofstadta - Bakı şəhəri, 29 iyul 1999-cu il


Hörmətli Qi Verxofstadt, Sizi Belçika Krallığının Baş naziri seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Biz ölkələrimiz və xalqlarımız arasında təşəkkül tapmış dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, Azərbaycan ilə Belçika arasındakı əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa