Cənubi Afrika Respublikasının Prezidenti zati-aliləri cənab Tabo Mbekeyə - 16 iyun 1999-cu il


Hörmətli cənab prezident!

Cənubi Afrika Respublikasının prezidenti seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm

Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında təşəkkül tapmış dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Cənubi Afrika Respublikasının xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış