Yaponiyanın Baş naziri Zati-aliləri cənab İosiro Moriyə - Bakı şəhəri, 20 dekabr 2000-ci il


Hörmətli cənab Baş nazir!

Yaponiyanın milli bayramı - İmperatorun təvəllüdü günü münasibətilə Sizi və dost yapon xalqını salamlayır və ürəkdən təbrik edirəm, Sizə möhkəm cansağlığı və səadət, ölkənizə əmin-amanlıq və inkişaf yollarında yeni-yeni uğurlar arzulayıram.

Mən Azərbaycan Respublikası ilə Yaponiya arasında yaranmış dostluq və əməkdaşlıq əlaqələrinin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm. Əmin olduğumu bildirirəm ki, qarşılıqlı səylər sayəsində ölkələrimizin və xalqlarımızın əlaqələri daha da genişlənərək hər iki ölkənin mənafeyinə, bütün dünyada sülh və əmin-amanlıq işinə xidmət edəcəkdir.

Hörмətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 22 dekabr 2000-ci il.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Tarixi arayış