Səudiyyə Ərəbistanı məmləkətinin vəliəhdi əlahəzrət Abdullah bin Əbdüləziz al Səuda - Bakı şəhəri, 15 aprel 2003-cü il


Əlahəzrət!

Qardaşınız Məcid bin Əbdüləziz Al Səudun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Sizə və bütün ailənizə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti. 

"Azərbaycan" qəzeti, 15 aprel 2003-cü il.