Belçika Krallığının Baş naziri zati-aliləri cənab Gi Verxofstada - Bakı şəhəri, 4 oktyabr 1999-cu il


Hörmətli cənab Baş nazir!

"Əsrin müqaviləsi"nin beşinci ildönümü münasibətilə səmimi təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarının birgə işlənilməsində ölkənizin iştirakına böyük əhəmiyyət verirəm.

Əminəm ki, enerji ehtiyatlarımızın hasil olunmasına və nəqlinə dair birgə layihələrimizin həyata keçirilməsi sahəsində əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Sizə və dost Belçika xalqına ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.