Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Lüksemburq Böyük Hersoqluğunun Baş naziri zati-aliləri cənab Jan-Klod Yunkerə təbriki - Bakı şəhəri, 21 iyun 2001-ci il


Hörmətli cənab Baş nazir!

Lüksemburq Böyük Hersoqluğunun milli bayramı – böyük hersoqun təvəllüdü günü münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa