Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasının üzvü konqresmen Cek Kinqstona - Bakı şəhəri, 25 dekabr 1999-cu il


Hörmətli konqresmen Kinqston!

Yeni Azərbaycan Partiyasının birinci qurultayı münasibətilə mənə göndərdiyiniz təbrik məktubuna görə sizə dərin minnətdarlığımı bildirirəm.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm.

Ümid edirəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və genişləndirilməsi işinə öz əməli fəaliyyətinizlə bundan sonra da töhfə verəcəksiniz.

Sizi Yeni il münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.