Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Jak Şiraka - Bakı şəhəri, 11 iyul 2001-ci il


Hörmətli cənab prezident!

Əziz dostum!

Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizi və dost Fransa xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Fransa arasında yaranmış dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Ümidvaram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına yönəlmiş işləriniz öz bəhrəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə və ən xoş arzularla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Rrezidenti.


"Azərbaycan" qəzeti, 14 iyul 2001-ci il.