Fransa Respublikasının prezidenti zati-aliləri cənab Jak Şiraka - 7 iyul 2003-cü il


Hörmətli cənab prezident!

Əziz dostum!

Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizi və Fransa xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Ölkələrimiz arasında əlaqələrin gündən-günə genişlənməsi məmnunluq doğurur.

ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması sahəsində bilavasitə və mütəmadi iş aparır. Şəxsən Sizin, cənab prezident, bu istiqamətdə ardıcıl səylərinizə görə təşəkkürümü bildirirəm.

Bu əlamətdar gündə Sizə bir daha ən xoş arzularınmı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Səmimi dostluq hissləri ilə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 13 iyul 2003-cü il.