Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Jak Şiraka təbriki - Bakı şəhəri, 13 iyul 1998-ci il


Hörmətli cənab prezident, əziz dost!

Sizi Fransanın milli yığma futbol komandasının dünya çempionatında parlaq qələbə qazanması və dünya çempionu olması münasibətilə ürəkdən təbrik edirəm.

Televiziya ekranında Sizin və bütün fransızların sevincini görmək mənə həqiqətən böyük ləzzət verdi. Sizin dostunuz kimi mən də bu sevincə şərikəm. Əminəm ki, Fransanın milli bayramı ərəfəsində qazanılan bu uğur Sizə və Fransa xalqına böyük ruh vermişdir. Sizə və dost Fransa xalqına yeni qələbələr, cansağlığı və çiçəklənmə arzulayıram.

Səmimiyyətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa