Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya təşəkkür məktubu - Bakı şəhəri, 8 fevral 2001-ci il


Hörmətli Leonid Daniloviç!

Azərbaycan Respublikasının Avropa Şurasına daxil olması münasibətilə təbrikinizə görə Sizə təşəkkür edirəm.

Əminəm ki, bu mötəbər və nüfuzlu beynəlxalq təşkilat çərçivəsində Ukrayna ilə Azərbaycanın sıx əməkdaşlığı və qarşılıqlı dəstəyi xalqlarımız və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etməsinə və möhkəmlənməsinə təkan verəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Ukrayna xalqına sülh və firavanlıq arzulayıram.


Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti