Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti əlahəzrət Şeyx Zayid bin Sultan əl Nəhyana təbriki - Bakı şəhəri, 5 dekabr 2001-ci il


Əlahəzrət!

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Birləşmiş Ərəb Əmirlikləri xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.