Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Zati-aliləri cənab Corc Buşa - Bakı şəhəri, 14 dekabr 2000-ci il


Əziz dostum!

Oğlunuz Corc Buşun Amerika Birləşmiş Ştatlarının yeni prezidenti seçilməsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının keçirdiyi "Minilliyin zirvə görüşü"ndə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarında səfərdə olduğum zaman lütfkarlıq edərək, məni öz şəxsi evinizə dəvət etdiyinizə, mənə göstərdiyiniz dərin hörmətə, ehtirama, yüksək qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Mən Sizinlə dostluğumu yüksək qiymətləndirirəm və Sizi Azərbaycanda görmək arzumu bir daha ifadə edirəm.

Ailənizin bu günlər keçirdiyi sevinc hissini bölüşür, Sizə və ailənizin bütün üzvlərinə üzümüzə gələn milliyin ilk ilində möhkəm cansağlığı, xoşbəxtlik arzu edirəm.

Hörmətlə,

Heydәr Әliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 15 dekabr 2000-ci il.