İordaniya Haşimilər Məmləkətinin Məliki əlahəzrət II Abdullaya - Bakı şəhəri, 24 may 2001-ci il


Əlahəzrət!

İordaniya Haşimilər Məmləkətinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və dost İordaniya xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə İordaniya arasında yaranmış möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verirəm. Əminəm ki, ikitərəfli əlaqələrimiz bundan sonra da xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 25 may 2001-ci il.