İki müqəddəs ocağın xidmətçisi, Səudiyyə Ərəbistanı kralı Fəhd ibn Əbdüləziz Əl-Səuda - Bakı şəhəri, 16 aprel 1997-ci il


Məkkə şəhərində Həcc ziyarəti zamanı yanğın nəticəsində baş vermiş çoxsaylı insan tələfatı xəbəri məni dərindən sarsıtdı.

Sizə, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.