Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Zelandiyanın Baş naziri zati-aliləri xanim Helen Klarka təbriki - Bakı şəhəri, 1 fevral 2001-ci il


Hörmətli xanım Baş nazir!

Yeni Zelandiyanın milli bayramı - Vaytanqa günü münasibətilə Sizi və dost Yeni Zelandiya xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Yeni Zellandiya arasında təşəkkül tapan əlaqələr xalqımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, tərəqqi və firavanlıq arzulayıram.


Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış