Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bruney Dərussalamın sultanı əlahəzrət Həssənal Bolkiaha məktubu - Bakı şəhəri, 14 fevral 2003-cü il


Əlahəzrət!

Bruney Dərussalamın milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımızı yaxınlaşdıran qarşılıqlı rəğbət və dostluq hissləri əlaqələrimizin bütün sahələrdə genişlənməsinə həmişə təsirini göstərəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bruney xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 23 fevral 2003-cü il.