İtaliya Respublikasının Prezidenti zati-aliləri cənab Karlo Adzelyo Çampiyə - Bakı şəhəri, 1 noyabr 2002-ci il


Hörmətli cənab prezident!

Ölkənizin cənubunda baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, dərin hüznlə başsağlığı verir, dağıntıların tezliklə aradan qaldırılmasını arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 2 noyabr 2002-ci il.