Almaniya Federativ Respublikasının Federal Kansleri cənab Gerhard Şröderə - Bakı şəhəri, 12 dekabr 1999-cu il


Hörmətli cənab kansler!

Yenidən Sosial-Demokrat Partiyasının sədri seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.