Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Parlamentinin sədri Nino Burcanadze başda olmaqla, bu ölkənin parlament Nümayəndə Heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 29 yanvar 2002-ci il


Heydər Əliyev: Hörmətli Nino Anzorovna!

Hörmətli qonaqlar, dostlar!

Mən sizi salamlayıram, Azərbaycana gəlməyinizə şadam. Şadam ki, parlamentin sədri başda olmaqla, qardaş Gürcüstan parlamentinin nümayəndə heyəti qardaş Azərbaycana rəsmi səfərə gəlmişdir. Bu mənim üçün xoşdur, həm də təbiidir. Mən bunda təəccüblü heç nə görmürəm və buna şadam. Ona görə təbiidir ki, Gürcüstanla Azərbaycan arasında belə yaxın və doğma münasibətlər vardır və bu belə də olmalıdır. Sevinirəm ona görə ki, Gürcüstandan olan dostlarımızla, qardaşlarımızla hər yeni görüşə şadam. Sanki çoxdandır ki, görüşməmişik, halbuki bu yaxınlarda görüşmüşük.

Bilirsiniz, doğma adamlar bir muddət görüşməyəndə onlara elə gəlir ki, çoxdandır görüşmurlər. Rəsmi görüşlər 2-3 ildən bir keçirilsə də, biz, hər halda, tez-tez görüşmüşük. Parlamentin sədri Murtuz Ələsgərov artıq mənə xəbər vermişdir ki, çox gərgin proqramınız vardır. Parlamentdə də görüşləriniz olmuşdur. Baş nazir sizinlə görüşu barədə mənə məlumat verdi. Siz bizim digər rəsmi şəxslərlə də görüşmüsünüz. Zənnimcə, siz Azərbaycana ilk dəfədir ki, gəlirsiniz, yoxsa əvvəllər olmusunuz?

Nino Burcanadze: 1978-ci ildə burada olmuşam.

Heydər Əliyev: Deyəsən ananızla gəlmişdiniz.

Nino Burcanadze: Həm anamla, həm də atamla.

Heydər Əliyev: Yəqin ki, şəhərlə tanış olmusunuz. Burada 1978-ci ildə olmusunuzsa, indi Bakıda da, Azərbaycanda da maraqlı yeniliklər görəcəksiniz. Hər halda, bu çox lazımdır. Biz nə qədər tez-tez görüşsək, bir-birimizə nə qədər çox yaxınlaşsaq, problemlərimiz, hər iki tərəfi maraqlandıran məsələlər barəsində daha çox məlumata malik olacaq, həm də bir-birimizə kömək edəcəyik. Biz həmişə - kecmişdə də, on illik müstəqillik dövründə də bir-birimizə kömək etmişik. Gürcüstanın da, Azərbaycanın da müstəqilliyini qeyd etmişik.

Bu on il müddətində biz ağır bir dövr yaşamışıq. Müstəqil Dövlətlər Birliyindəki respublikaların heç də haməsə Gürcüstan, Azərbaycan kimi çətin, mürəkkəb yol keçməmişdir. Bəzi respublikalarda bu proses ağrısız keçmişdir. Hakimiyyət dəyişmiş, lakin heç bir münaqişə, toqquşma, heç bir terror olmamışdır, hər şey öz qaydası ilə getmişdir. Amma bizdə də, Gürcüstanda da belə olmamışdır. Əvvəla, bizim vəziyyətimizi hərbi münaqişələr çətinləşdirmişdir. Bu, ilk və başlıca səbəbdir. Gürcüstanda da hərbi münaqişə var, Azərbaycanda da. Hələ üstəlik daxili siyasi vəziyyətin qeyri-sabitliyi. Təəssüf ki, dövlətlərimizdə bunlar da olmuşdur. Bəlkə də bu bizim bir-birimizə belə doğma olmağımızdandır. Biri bəlaya düşdüsə, deməli, o biri də düşmə.lidir. Mən bilmirəm, sabitlik əvvəlcə harada pozuldu - Gürcüstanda, yoxsa Azərbaycanda, bunu müəyyənləşdirmək çətindir. Hər halda, demək olar ki, eyni vaxtda.

Biz qeyri-sabitliyi aradan qaldıra-qaldıra, qayda-qanun yarada-yarada, ictimai-siyasi vəziyyəti qaydaya sala-sala ağır bir dövr yaşadıq. Lakin Allaha şükür, indi Gürcüstanda da, Azərbaycanda da sabitlik bərqərar olmuşdur, əmin-amanlıq şəraitində inkişaf edirik. Hərçənd bu proses çox ağır gedir, çünki problemlər çoxdur.

On il bundan qabaq, müstəqilliyimizin lap əvvəllərində olduğu kimi, bu gün həm Gürcüstan üçün, həm də Azərbaycan üçün ən əsas problem münaqişələrin aradan qaldırılmasıdır. Biz, əlbəttə, Gürcüstana görə narahatçılıq keçiririk və çox istəyirik ki, Qafqaz münaqişəsi həll olunsun, Cənubi Osetiyada qarşılıqlı münasibətlərdə lazımi qayda-qanun yaransın. Mən bilirəm ki, eynilə gürcü qardaşlarımız, Gürcüstan hökuməti, Gürcüstan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəyirlər. Biz eyni xəstəliyə mübtəla olmuşuq və ondan yaxa qurtarmaq üçün hərə bir cür səy göstərir. Münaqişə eyni münaqişədir, lakin şərait bir-birindən fərqlidir. Fərq ondan ibarətdir ki, Gürcüstan ölkənin regionlarından biri olan Abxaziya ilə münaqişə vəziyyətindədir. Azərbaycan da öz ölkəsindəki regionla - Dağlıq Qarabağla münaqişədədir. Lakin məsələ bundadır ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan tərəfindən başlanmışdır. Dağlıq Qarabağ Ermənistana birləşəndə belə vəziyyət yarandı ki, biz Birləşmiş Millətlər Təşkilatına, ATƏT-ə, digər beynəlxalq təşkilatlara daxil olan dövlətlə - Ermənistanla münaqişədəyik. Bu münaqişələrin fərqi bundadır. Oxşar cəhəti isə odur ki, sizdə də qaçqınlar var, bizdə də. Bu sizdə də daxili siyasi vəziyyəti gərginləşdirir, bizdə də. Sizdə də sosial-iqtisadi vəziyyətə mənfi təsir göstərir, bizdə də, ona görə biz də bunu aradan qaldırmaq üçün tədbirlər görürük, Gürcüstan da çox fəal tədbirlər görür.

Bu münaqişələr həddindən artıq mürəkkəb münaqişələrdir, ona görə də hələlik nə siz, nə də biz istənilən nəticələrə nail ola bilməmişik. Lakin belə fikirləşirəm ki, nail olacağıq, mən buna əminəm. İnanıram ki, Gürcüstan da münaqişədən yaxa qurtaracaq, öz ərazi bütövlüyünü təmin edəcək və rahat inkişaf edəcə kdir. İnanıram ki, Azərbaycanda da belə olacaqdır. İnanıram ki, bütövlükdə Cənubi Qafqazda biz sabitliyə nail olacağıq və bu da, şübhəsiz, bütün sahələrdə daha yaxşı əməkdaşlıq etməyə imkan verəcəkdir.

Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın bugünkü səviyyəsinin yaxşı olduğunu hesab edirəm. Lakin daha yaxşı ola bilərdi, amma imkanların da hüdudu var. Hər halda, biz öz tərəfimizdən çalışırıq və çalışacağıq ki, iqtisadi və digər bütün əlaqələrimiz inkişaf etsin. Ən başlıcası isə bizim həmrəyliyimiz, ümumi siyasi həmrəyliyimizdir. Əvvəla, dövlətçiliyimizin, müstəqilliyimizin saxlanması naminə. İkincisi, münaqişələrin nizama salınması naminə. Üçüncusu, Qafqazda sülhün, sabitliyin bərqərar olunması naminə.

Gürcüstana rəsmi səfərim zamanı biz Eduard Amvrosiyeviçlə dinc Qafqaz haqqında bəyanat imzaladıq. Yəqin ki, xatirinizdədir, Eduard Amvrosiyeviçlə sonrakı görüşlərimizdə - Tbilisidə də, Bakıda da, beynəlxalq müşavirələrdə, MDB dövlət başçılarının görüşlərində də biz həmişə bu tezisi təsdiq etmişik və bu gün də təsdiq edirik. Bizim dostluğumuzun əsası ondadır ki, xalqlarımız çox qədim dövrlərdən dostluq etmişlər və indi də dostluq edirlər. Böyük xoşbəxtlikdir ki, bizim aramızda heç vaxt münaqişə olmamışdır. Bu, böyük işdir. Bir baxın, ətrafımız münaqişələrlə doludur, gürcü və Azərbaycan xalqları arasında isə nə münaqişə, nə mübahisə, nə də toqquşma olmuşdur. Bu, böyük işdir, böyük xoşbəxtlikdir. Bizim dostluğumuz ilbəil möhkəmlənir. Mən özümü bu dostluq münasibətlərinin veteranı hesab edə bilərəm. 30 il bundan əvvəlki dövrü xatırlayıram. O zaman biz bu dostluğu daha da möhkəmləndirməyə başladıq. Elə o vaxtdan bu, davam edir və hətta ən ağır, ən çətin dövrlərdə dostluğumuz zəifləməmişdir. İndi isə prezident Eduard Şevardnadze və Azərbaycan prezidenti şəxsi dostluq əlaqələri saxlayaraq, eyni zamanda köhnə ənənələri davam etdirərək, bu dostluğun daha da möhkəmlənməsi, bizdən sonra gələcək nəsillərin birgə yaşayışı üçün möhkəm təməl yaradılmasından ötrü hər şeyi edirlər və mən zənn edirəm ki, Eduard Amvrosiyeviçlə bir yerdə bu işi davam etdirəcəyik. Bir daha sizi salamlayıram və sizinlə görüşməyimə şadam.

Nino Burcanadze: Cənab Prezident, belə xoş sözlərə görə, belə mehribancasına qəbula görə çox sağ olun. Həqiqətən çox şadam ki, şəxsən mənə və nümayəndə heyətimizə Sizinlə görüşmək imkanı verilmişdir. Çünki haqqında indicə söhbət açdığınız dostluq münasibətlərinin möhkəmlənməsində, Gürcüstanla Azərbaycan arasında münasibətlərdə Sizin şəxsi rolunuz olduqca böyükdür. Ona görə də bir daha təsdiq etməyə şadam ki, Sizinlə görüşmək və Sizin eşitmək istədiyiniz mülahizələrimizi bildirmək bizim üçün çox vacib idi.

Dövlətlərimiz arasında yaranmış xoş münasibətlər. Sizin şəxsi töhfənizi həqiqətən çox qiymətləndiririk. Şübhəsiz, bu həm də iki xalqın - gürcü və Azərbaycan xalqlarının iradəsidir. Siz tamamilə doğru dediniz ki, şükürlər olsun, bizim aramızda heç vaxt münaqişələr olmayıb, heç vaxt ədavət olmayıbdır. Əlbəttə ki, iki prezidentin - Sizin və prezident Şevardnadzenin şəxsi nümunəsi mehriban qonşuluq münasibətlərimizi daha da gücləndirir.

Nəzərə çatdırmağa şadam ki, bu gün məni nəinki gürcü millətindən olan, həm də Azərbaycan millətindən olan həmkarlarım müşayiət edirlər. Azərbaycanlı deputatlar parlamentimizdə çox müsbət rol oynayırlar və parlamentdə çalışdığım yeddi ildə aramızda problemlər, çətinliklər olmayıbdır. Siyasi həyatımızda meydana çıxmış bütün cari məsələləri biz birlikdə və qarşılıqlı anlaşma şəraitində həll etmişik, bir-birimizə hörmətlə yanaşmışıq. Zənnimcə bu daha bir sübut və daha bir nümunədir ki, biz bütün məsələləri asanlıqla həll edə bilərik, çünki bunun üçün xoş məramımız var.

Burada, Bakıda olduğum bu iki gün bir daha təsdiq etdi ki, münasibətlərimizdə həll edilməsi çətin olan problem məsələlər, əslində, mövcud deyildir. Biz məsələləri parlamentdə də, Nazirlər Kabinetində də, Xarici İşlər Nazirliyində də qaldırırdıq və bütün bu məsələlərə mütləq adekvat münasibət göstərildiyini göruüdük, mütləq adekvat cavablar alırdıq və onların həlli üçün tam istək və qarşılıqlı anlaşma olduğunu yəqin edirdik.

Mən fürsətdən istifadə edərək, Gürcüstanın regional layihələrə qoşulmasına çox böyük töhfə verdiyinizə görə şəxsən Sizə təşəkkürümüzü bildirmək istəyirəm. Bu layihələrin bizim üçün nəinki iqtisadi, həm də olduqca böyük siyasi əhəmiyyəti var. Bu layihələr neft və qazın nəqlini təmin edir. Əlbəttə, Gürcüstan parlamentində çıxışınız zamanı orada iştirak edən həmkarlarım kimi, mən də, hamımız Gürcüstan barəsində etdiyiniz həmin misilsiz xeyirxahlığı yaxşı xatırlayırıq. Ona görə də istəyirəm biləsiniz ki, Gürcüstan parlamentində də, bütün Gürcüstanda da bu xeyirxahlıq laz.mi əks-səda doğurdu və biz onu həqiqətən olduqca yüksək qiymətləndiririk.

Heydər Əliyev: Sağ olun. Müxalifətdən kiminsə burada olub-olmadığını bilmirəm, amma buna görə məni tənqid edirlər.

Nino Burcanadze: Biz bilirik ki, buna görə Sizi tənqid etmişlər, ona görə də Sizə ikiqat minnətdarıq.

Heydər Əliyev: Mən bunu minnətdarlıq naminə etməmişəm. Bilirdim ki, məni tənqid edəcəklər. Mən həmişə nə edirəmsə, bunun nəticəsini əvvəlcədən bilirəm və bu işə uğurlu surətdə gedirəm, bilirəm ki, bunun müsbət cəhəti də olacaq, mənfi cəhəti də. Odur ki, heç nəyin minnətində deyiləm, sadəcə olaraq xatırladıram.

Nino Burcanadze: Çox şadam ki, qazın nəqlinə dair ikinci layihənin ratifikasiyası parlamentdə artıq mənim sədrliyim dövründə baş verdi. Fəxr edə bilərəm ki, bu sənəd tam yekdilliklə keçdi, heç bir deputat onun əleyhinə çıxmadı. Bu, həyata keçirilən layihələrə Gürcüstanın, Gürcüstan parlamenti üzvlərinin necə böyük əhəmiyyət verdiyini bir daha sübut edir. Ona görə də əminik ki, bu layihələr bizə heç də təkcə iqtisadi mənfəət deyil, həm də regionumuza həqiqətən sülh və sabitlik gətirəcəkdir. Çünki bunlar təkcə sizin və bizim kiçik dövlətlərimizin deyil, böyük dövlətlərin də marağı olduğu milyardlarlıq layihələrdir. Yəqin ki, bu bizə regionda sabitliyi möhkəmlətməyə daha çox kömək edəcəkdir.

Siz tamamilə doğru dediniz və Gürcüstan müxalifəti də belədir. Dövlətlərimiz üçün ən vacib problem, əlbəttə ki, ərazi bütövlüyü problemi, münaqişələr problemidir. Bu bizi çox ciddi narahat edən ən ağrılı mövzudur. Bir həftə əvvəl mən Avropa Şurasında çıxış etdim və bildirdim ki, nə qədər ki, ərazilərimizdə adi hüquqlardan, öz evlərinə qayıtmaq hüququndan, yaxınlarının məzarlarını ziyarət etmək hüququndan məhrum olmuş on minlərlə, yüz minlərlə qaçqın var, dövlətin demokratik inkişafında böyük irəliləyişlərdən, insan hüquqlarının müdafiəsindən danışmaq mümkün deyildir. Bu elə bir problemdir ki, onun həllində bizə beynəlxalq birlik də ciddi kömək etməlidir. Mən tam əminəm ki, əgər biz Qafqazda bu münaqişələri həll edə, münaqişə alovunu həqiqətən söndürə bilsək, onda Qafqaz çiçəklənə, tamamilə misilsiz regionlardan biri olar, dünyanın bir çox digər regionları ona həsəd aparar.

Öz tamahkar maraqları naminə bəzən bizim problemlərimizdən istifadə edən digər dövlətlərin hazırda Qafqazda mövcud olan qeyri-sabit vəziyyətdən istifadə etmək imkanı azalar. Bu mənada Gürcüstanda biz Ermənistan prezidenti Koçaryanla birbaşa görüşlərinizi çox fəal izləyirik və ümidvarıq ki, Siz düşdüyünüz həqiqətən çıxılmaz vəziyyətdən qurtarmağın yolunu tapa biləcəksiniz. Biz də ümidvarıq ki, Abxaziya və qondarma Cənubi Osetiya münaqişələrində də irəliləyiş əldə edə biləcəyik. Çünki tamamilə əminik ki, Dağlıq Qarabağ problemini həll edib, Abxaziya və Cənubi Osetiya məsələsini saxlamaqla və əksin, Abxaziya və qondarma Cənubi Osetiya münaqişələrini həll edib, Dağlıq Qarabağ münaqişəsini nizama salmasaq, Qafqazda sülhə nail ola bilmərik. Çünki bizim, həqiqətən də faciəli təcrübəmiz var. Qafqazın bir yerində münaqişə, muharibə başlayanda, bu, kicik regionun bütün guşələrində özünü göstərir. Odur ki, biz düşdüyümüz münaqişəli vəziyyətlərdən, problemlərdən çıxış. yolu tapılmasında çox maraqlıyıq.

Düşünürəm ki, münasibətlərimizdə problem yoxdur, lakin onları daha da intensivləşdirməliyik. Hörmətli həmkarımızla razılığa gəldik ki, parlamentlərarası münasibətlərimizi təkcə spikerlər səviyyəsində deyil, həm də komitələr, komissiyalar və daimi fəaliyyət göstərən nümayəndə heyətləri səviyyəsində intensivləşdirək və mövcud olan bütün problemləri birbaşa həll edək. Biz qanunvericiliyimizi, xüsusilə də iqtisadi sahədə qarşılıqlı münasibətlərimizin daha da intensivləşdirilməsinə kömək edəcək ciddi iqtisadi əməkdaşlığın mövcud olması üçün hüquqi baza yaratmaqdan ötrü onun iqtisadi tərəflərini mümkün qədər yaxşılaşdırmaq barədə razılığıa gəlmişik. Mən Baş nazirlə və Xarici İşlər naziri ilə görüşlərimdə də bildirmişəm ki, Azərbaycanla iqtisadi münasibətləri intensivləşdirmək üçün Gürcüstan tərəfi artıq xususi hökumətlərarası komissiya yaratmışdır. Azərbaycanda isə, struktur dəyişiklikləri ilə əlaqədar olaraq, hələ yaradılmayıbdır. Lakin Baş nazir bizə vəd etdi ki, bu məsələ tezliklə həll olunacaqdır. Biz buna həqiqətən şadıq.

Tbilisidə 9-10-cu enerji blokları qəzaya uğrayanda enerji təchizatında çətinliklərinizə baxmayaraq, bizə yardım etdiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Siz birmənalı qərar qəbul etdiniz və bunun bizim üçün təkcə iqtisadi deyil, həm də ciddi sosial məsələ, ciddi sosial problem olduğunu başa düşürük, bu işdə Gürcüstana kömək etdiniz. Mən xüsusən Xarici İşlər naziri ilə görüşdə sərhədlərimizin delimitasiyası məsələsinə də toxundum. Bu, prinsipcə problem məsələ deyil, çünki bizdə sərhəddə əslində mübahisəli məqamlar yoxdur. Komissiyalar əslində razılığa gəlmişlər. Amma çox vacibdir ki, bəzi bədxahlarımızın həmin sahədə vəziyyətin tənzimlənməmiş qalmasından istifadə etmək imkanlarının az olması üçün bu məsələ də maksimum tezliklə həll olunsun.

Biz həmvətənlərimiz - Gürcüstanın Azərbaycanlı vətəndaşları, habelə Azərbaycandakı gürcü mənşəli, gürcü millətindən olan şəxslər haqqında da danışdıq. Sizin bu adamlara daim diqqət göstərməyinizi biz yüksək qiymətləndiririk. Biz nəzərə çatdırdıq ki, Gürcüstandakı Azərbaycanlıların da, Azərbaycandakı gürcülərin də öz dillərini öyrənməyə, eləcə də onların cəmiyyətimizə daha çox inteqrasiya etməsi və özlərini öz dövlətinin tamhüquqlu vətəndaşları hiss etməsindən ötrü, lazım olan layiqli yeri tutması üçün Azərbaycan dilini də, gürcü dilini də öyrənməyə tam imkanları olmalıdır. Bir daha vurğulamaq istəyirəm, biz bunu çox yüksək qiymətləndiririk ki, Gürcüstanda heç vaxt Azərbaycanlı əhali ilə bağlı heç bir problem ortaya çıxmayıbdır. Əminəm ki, Azərbaycanda da gürcü millətindən olan şəxslərlə vəziyyət eyni ilə bu cürdur. Əməli qaydada həll edilə biləcək hansısa məsələlər olmuşdur. Bu adamların cəmiyyətimizə daha yaxşı inteqrasiyası üçün onlara adicə yardım göstərməliyik. Bu məsələlər birmənalı şəkildə həll ediləcəkdir.

Siz dinc Qafqaz təşəbbüsündən danışdınız. Mən onu bir daha nəzərə çatdırmaq istəyirəm. Mən istəyirəm ki, Siz onu biləsiniz. Lakin bir daha nəzərə çatdırmaq istəyir.m ki, Gürcüstan bu təşəbbüsə maksimum f.al qoşulmağa hazırdır və biz təşəbbüsün həqiqətən işləməsi üçün və regionumuzda sülh və sabitliyə real bəhrə, ciddi bərhə gətirməsi üçün irəli sürüləcək bütün yeni təşəbbüslərə baxmağa hazırıq.

Mən burada daha bir məqamı qeyd etmək istəyirəm. Mən. Belə imkan verildiyinə görə həqiqətən çox şadam. Gürcüstanın qarşısında çoxdan duran bir problemi həll etmədən Bakıya gəlmək bizim üçün yaxşı və münasib olmazdı. Söhbət ondan gedir ki, Siz bizim səfirlik üçün gözəl bir bina, hələ 1918-ci ildə Gürcüstanın Azərbaycandakı səfirliyinin yerləşdiyi tarixi binanı verdiniz. Qeyd etməyə şadam ki, biz bu məsələni, nəhayət, həll etdik. Cənab səfir bu məsələnin həll olunması üçün çox qızğın fəaliyyət göstərirdi. Biz onunla birlikdə çox həyəcan keçirirdik. Düşünürəm ki, indi biz Azərbaycan üçün həqiqətən münasib bir bina tapmışıq və Azərbaycanın Tbilisidə, Plexanov prospektində səfirlik üçün layiqli binası olacaqdır. Bir sözlə, şadam ki, mənə bu barədə danışmağa imkan verilmişdir.

Parlament üzvlərimizin beynəlxalq səviyyədə əməkdaşlıq təcrübəsini də bir-iki kəlmə ilə qeyd etmək istəyirəm. Mən ATƏT-in Parlament Assambleyasında kifayət qədər fəal işləmişəm və demək istəyirəm ki, bizimlə Azərbaycanlı həmkarlarımız arasında çox yaxşı qarşılıqlı anlaşma, əməkdaşlıq ənənəsi var. Demək olar ki, biz ATƏT-in Parlament Assambleyasına təqdim etmək istədiyimiz bütün sənədləri əslində onlara baxmadan imzalayırıq. Beynəlxalq səviyyədə nəzərdən keçirilən bütün məsələlər barəsində bizim yekdil mövqelərimiz var və biz Azərbaycan nümayəndə heyətinin dəstəyini həmişə hiss edirik. Mən əminəm və bilirəm ki, Azərbaycan nümayəndə heyəti də Gürcüstan tərəfinin dəstəyini həmişə hiss edir. Şadam ki, bu ənənə Azərbaycanın öz layiqli yerini tutduğu Avropa Şurasında da davam etdirilir. Nümayəndə heyətlərimiz orada da çox fəal əməkdaşlıq edirlər. İstərdim ki, ölkələrimiz sürətlə irəliləsinlər. Avropa Birliyinə maksimum yaxınlaşmağımız üçün yaxın gələcəkdə bu beynəlxalq təşkilatda əlaqələrimizdən də danışdıq.

Heydər Əliyev: Sağ olun, sizə təşəkkür edirəm. Əslində, Bakı-Ceyhan neft kəməri, Şahdəniz-Ərzurum qaz kəməri barədə bütün fikir və rəylərimiz uyğun gəlir. Siz artıq bunu dediniz. Bilirsiniz, vaxt var idi, mən bu barədə çox deyirdim, çünki mən bu məsələnin həllinə nail olmalı idim, 1994-cu ildən başlayaraq çox çalışırdım. İndi isə bu məsələlər həll olunduğundan, mən bunları artıq keçilmiş mərhələ hesab edirəm. Hərçənd nə etmişiksə, bunlar həqiqətən gələcəkdə bir çox onilliklər ərzində əməkdaşlığımız üçün son dərəcə güclü zəmin yaratmışdır. Ona görə ki, bizim həm neft, həm də qaz ehtiyatlarımız çox böyükdur, onları dünya bazarlarına çıxarmaq lazımdır. Bizə digər alternativ marşrutlar təklif edirlər, ancaq biz öz mövqeyimizi lap əvvəldən qəti şəkildə bəyan etmişik və bunun üzərində dururuq. Bu baxımdan biz sədaqətliyik, seçdiyimiz tərəfə sadiqik, tərəfdaşlarımızı dəyişmirik. Əlbəttə, biz bütün bunları birgə səylərimizlə - Türkiyənin, Gürcüstanın, Azərbaycanın birgə səyləri ilə həll etməyə müvəffəq olduq və artıq bu il Bakı-Ceyhan neft kəmərinin tikintisinə başlanacaq, qaz kəmərinin tikintisinə başlanacaqdır. Düşünürəm ki, bu boru kəmərlərinin açılışında iştirak edəcəyimiz, onlardan istifadə olunmağa başlanacağı gün uzaqda deyildir.

Hazırda Bakı-Supsa fəal işləyir, burada xarici neft şirkətlərinin bizimlə birlikdə çıxardıqları bütün neft, əslində, Supsa vasitəsilə ixrac edilir. Bundan əlavə, indi Mərkəzi Asiyadan - Qazaxıstandan, Türkmənistandan çox böyük həcmdə neft məhsulları, neft Gürcüstan vasitəsilə daşınır. Bir sözlə, axın çox böyükdur və yaxşı ki, bizim dəmir yol idarələri bütün bu işləri təmin edə bilirlər. Hərçənd, gələcəkdə bu işlərin həcmi artacaq və ona görə də dəmir yollarının yenidən qurulmasına və genişləndirilməsinə ehtiyac var. Biz sizinlə birlikdə bu işlə də məşğul oluruq.

Nümayəndə heyətiniz barədə şadam ki, nümayəndə heyətinizin tərkibində Azərbaycanlılar da var. Zənnimcə, mən burada gürcülərdən çox Azərbaycanlılar. gördüm. Bilirsiniz, problemlər həmişə var. Hətta problem olmayanda da, onu tapmaq olar. Həyatımız isə elədir ki, problemləri axtarmaq lazım deyil, problemlər sizdə də, bizdə də, istənilən yerdə var. Təəssüf ki, biz hələ elə bir səviyyəyə çatmamışıq ki, deyək bəli, bilirsinizmi, biz problemlərdən yaxa qurtarmışıq. Gürcüstandakı Azərbaycanlı əhalinin də həyatında problemlər var. Gürcülərin həyatında problemlər azdırmı? Hamı eyni ölkənin vətəndaşlarıdır, hamı, necə deyərlər, eyni standartlarla yaşamalıdır, heç kimə milli azlığın nümayəndəsi olduğuna görə imtiyazlar verilməməlidir.

Ümumiyyətlə, deməliyəm ki, keçmişdə belə olmuşdur və milli azlıqların bəzi nümayəndələri bundan sui-istifadə edərək car çəkirdilər ki, bax, siz filan şeyi özünüz üçün edirsiniz, amma bizim üçün etmirsiniz. Ona görə də onların tələblərini ödəmək lazım gəlirdi. Məsələn, mən Dağlıq Qarabağ barəsində deyə bilərəm. Axı mən burada bir çox illər, onilliklər ərzində, 1969-cu ild isə Azərbaycan KP MK-nın birinci katibi kimi işləmişəm. Dağlıq Qarabağ bizdə muxtar vilayət idi, lakin Dağlıq Qarabağın rəhbərləri həmişə deyirdilər ki, filan şey bizim üçün azdır, siz başqa regionlara daha çox verirsiniz. Mən yoxlatdırırdım və məlum olurdu ki, heç də belə deyildir. Buna baxmayaraq, onlar hesab edirlər ki, muxtariyyət statusu onlara daha çox tələb etmək hüququ verir. Nəticədə elə oldu ki, münaqişə başlayanda səbəb axtarmağa başladılar, bu münaqişə nəyin üstündə, nəyə görə düşmüşdür. Münaqişənin kökü aydındır. Lakin bu kökləri gizlətmək üçün bəyan edirdilər ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağa lazımınca diqqət yetirmirdi. Bunun günahı Əliyevdədir, çünki o burada MK-nın birinci katibi olmuşdur. Elə həmin vaxt, mən istefaya göndəriləndən bir ay sonra bu münaqişə başladı, belə ki, günahlandırılmağa adam tapılmışdı. Ermənistan tərəfi də belə deyirdi, Moskva da belə deyirdi. Təəssüf ki, belə deyən adamlar Azərbaycanda da tapılırdı. Mən o dövrün 1970-80-ci illərin statistikasını qaldırdım. Dağlıq Qarabağ Azərbaycanın digər bölgələrinə nisbətən bütün istiqamətlərdə üc dəfə çox alırdı. Dağlıq Qarabağda inkişafın sürəti də Azərbaycan iqtisadiyyatının orta inkişaf sürətindən üç dəfə yüksək idi. Ancaq o vaxt bunu sübut etmək mümkün deyildi, o vaxt artıq bu tərəf təqsirkar idi. İndi isə hər şey aydınlaşmışdır.

Yəni demək istəyirəm ki, bəziləri bundan sui-istifadə edirlər. Sui-istifadə etmək lazım deyildir. Gərək öz hüquqlarına malik olasan, amma bundan sui-istifadə etmək lazım deyildir. Əlbəttə, mən Gürcüstanda yaşayan Azərbaycanlılar barədə düşünürəm, çünki orada, bəzi məlumatlara görə, 400 min, digər məlumatlara görə isə 500 min Azərbaycanlı yaşayır. Bunun fərqi yoxdur, onsuz da böyük rəqəmdir. Dünyada bu qədər əhalisi olan dövlətlər var. Onlar öz tarixi torpağında qədimdən yaşayır, çalışırlar. Əməkçi xalq heç vaxt heç bir problem yaratmayıbdır və onlar bu gün də heç bir problem yaratmamalıdır. Lakin Azərbaycanlı deputatların yanında demək istəyirəm - onlar bunu bilirlər . Gürcüstan parlamentində heç vaxt bu qədər Azərbaycanlı deputat olmayıbdır. Mən düzmü deyirəm? Bilmirəm, Gürcüstan Ali Sovetində nə qədər deputat var idi.

Zurab Qumberidze (Gürcüstanın Bakıdakı səfiri): 360.

Heydər Əliyev: Bəs nə qədər Azərbaycanlı var idi? İki-üç nəfər. Onlar da sağıcı, traktorçu və çoban idi. Vəziyyət, bax, belə idi. Mən açığını deyirəm, çünki bunu yaxşı xatırlayıram. Bəs indi nə qədər Azərbaycanlı deputat var? 6 nəfər. Onların arasında sağıcı varmı?

Nino Burcanadze: Kişilər üstün gəldilər.

Heydər Əliyev: Yaxşı, onda cobanları da seçirdilər. Çoban 100 qoyundan neçə quzu alırdı? O, qoyunun doğduğundan iki dəfə çox quzu alırdısa, onu deputat secirdilər. Ona görə də indi siz sevinməlisiniz. Mən Gürcüstanın tarixini yaxşı bilirəm. Gürcüstanın qanunvericilik orqanında Azərbaycanlıların heç vaxt, hər halda, mənim xatırladığım dövrdə - mən isə 1960-cı illərdən bəri olan dövrü xatırlayıram - indiki qədər nümayəndələri olmayıbdır. Amma biri də olsa, yaxşı olar. Sonra daha biri olsa, daha yaxşı olar. Bundan kim imtina edər?

Parlamentin sədri mənə dedi, əvvəllər də bilirdim ki, təhsillə bağlı problemlər var, məktəblə bağlı problem var. Lakin mən demişəm və bu gün bizim Nazirlər Kabinetinə və Təhsil nazirinə bir daha göstəriş verəcəyəm ki, bu daha çox bizim problemimizdir. Bilirik ki, Gürcüstan sosial-iqtisadi sahədə böyük çətinliklər çəkir. Gürcüstanın Azərbaycan məktəbləri üçün Azərbaycan dilində dərsliklər hazırlayacağını gözləmək düzgün olmazdı, bu, real deyildir. Biz onları dərsliklərlə təmin etməliyik, digər vəsaitlərlə, qalan hər şeylə təmin etməliyik. Biz bu işi görməliyik. Mən dəfələrlə göstəriş vermişəm əgər bu iş görülmürsə, təqsir bizdədir. İndiki halda bu məsələdə Gürcüstanda kimlərisə qınamaq olmaz. Məsələn, mən hesab edirəm ki, qardaş Gürcüstana yardım, kömək qaydasında inşaatçılarımız oraya gedib Azərbaycan kəndlərindəki bir neçə məktəbi təmir edə bilərlər. Məsələn, elektrik enerjisi sarıdan çətinlik var idi. Özümüzdə elektrik enerjisinin çatışmazlığına baxmayaraq, biz onu verdik. Biz özümüz onu Rusiyadan satın alırıq. Əgər indi hər hansı məktəbin təmirə ehtiyacı varsa - sözsüz ki, belə məktəblər var və mən indi Gürcüstanın real maliyyə-iqtisadi imkanlarının necə olduğunu bilirəm, onlar heç nə edə bilmirlər. Bizim vəziyyətimiz bir qədər yaxşıdır - bu barədə düşünürüksə, bunu arzu ediriksə, gəlin, inşaat qrupu yaradaq, oraya tikinti materialları aparaq, bir neçə məktəbi təmir edək, onda vəziyyət yaxşılaşar.

Mən bununla, indiki halda Gürcüstan rəhbərliyini qayğılardan azad etmək istəmirəm. Sadəcə olaraq, demək istəyirəm ki, bizim Gürcüstanla dostluq münasibətlərimiz elə səviyyədədir ki, biz bu problemləri birgə həll etməliyik. Bax, mən üzümü sizə - Azərbaycanlı deputatlara tutub deyirəm ki, dərsliklər barəsində və məktəblə bağlı bəzi digər məsələlər barəsində bu gün bir daha tapşırıq verəcəyəm və bu məsələlərin daha yaxşı həll olunmasına nəzarət edəcəyəm. Azərbaycan məktəblərinə daha necə kömək etmək barədə düşünəcək və onlara kömək edəcəyik.

Zurab Qumberidze: Dərsliklərlə əlaqədar demək istəyirəm ki, Gürcüstandakı Azərbaycan mktəblərinin 1-4-cü sinifləri üçün Sizin adınızdan dərsliklər gətirilmişdir. İndi isə digər siniflər üçün dərsliklər gətirilir, heç də bütün fənlər üzrə çatışmazlıq yoxdur.

Heydər Əliyev: Bizim özümüzdə də dərsliklərin heç də hamısı yenidən nəşr olunmamışdır.

Zurab Qumberidze: Dərsliklərlə bağlı vəziyyət ciddi şəkildə düzəlməkdədir.

Hidayət Hüseynov ("Yeni Gürcüstan Naminə Alyans" fraksiyasından Gürcüstan parlamentinin deputatı): Hörmətli Prezident, mən öz adımdan Sizə təşəkkürümü bildirmək istəyirəm. Cənab səfir düzgün dedi ki, biz humanitar yardım kimi, 29 min 139 nüsxə dərslik almışıq. Mümkündürsə, pullu da olsa, yuxarı siniflər üçün də nəzərdə tutmaq lazımdır.

Heydər Əliyev: Mən bunu da pulsuz edirəm. Bu gün göstəriş verəcəyəm. Biz bunu da dövlət hesabına edəcəyik ki, siz dərsliklərlə təmin olunasınız.

Nino Burcanadze: Zənnimcə, indi dediyiniz məsələ çox mühümdür. Gürcüstanda yaşayan Azərbaycanlıların Azərbaycan dilində təhsil ala bilməsi, həqiqətən mühüm işdir. Biz onu da bilirik ki, Siz gürcülərin burada öz dilində təhsil almasına kömək edirsiniz və edəcəksiniz, biz isə onların dərsliklərlə təmin olunması barədə düşünməliyik və bu problemi Azərbaycan rəhbərliyinin üzərinə qoymamalıyıq. Mən Sizin bu sözünüzlə də tam razıyam ki, hüquqlardan sui-istifadə etmək olmaz. Sizin Dağlıq Qarabağda olduğu kimi, bizim də Abxaziyada təqribən eyni problemimiz var idi. Abxaziya Muxtar Respublikasının necə imtiyazları olduğunu Siz məndən yaxşı xatırlayırsınız. Milli azlıqların huquqlarının mütəmadi surətdə vurğulanması bəzən pis nəticə verir. Bəlkə buna görə də mən həmişə beynəlxalq forumlarda deyirəm ki, elə ancaq milli azlıqların hüquqlarını vurğulamaq olmaz. Biz huquq və vəzifələr barədə danışmalıyıq. Bu da vacibdir ki, həmin adamlar təkcə öz hüquqlarını deyil, yaşadıqları dövlət qarşısındakı vəzifələrini də bilməlidirlər. Yalnız belə olan halda onlar yaşadıqları ölkənin tamhüquqlu vətəndaşlarıdırlar, çünki biz onlara daim desək ki, bütün bu işləri milli azlıq olduğunuz üçün edirik, gürcü olmadığınız üçün bu hüquqları sizə veririk, düzgün olmaz. Belə vəziyyət onları cəmiyyətdən bir növ təcrid edir. Məhz buna görə Sizin tutduğunuz mövqeyi həmişə dəqiq qiymətləndirmək lazımdır. Bu həqiqətən çox vacibdir ki, Gürcüstan ərazisində yaşayan adamlar, əlbəttə, öz hüquqlarına hörmət etsinlər, biz də onların hüquqlarına hörmət edək və əmin olaq ki, onlar da başqaları ilə, gürcülərlə bərabər dövlət qarşısındakı vəzifələrinə hörmət edirlər.

Parlamentimizin üzvü olan adamlar bunu yaxşı başa düşürlər və buna görə bizim həll olunmamış problemimiz yoxdur. Məndə olan məlumata görə, 6-cı deputatın məsələsi praktiki olaraq həll edilir. Təəssüf ki, bəzi bədxahlar bu məsələni digər məcraya yönəltməyə çalışmışlar. Bu, xalis siyasi məsələ idi və həmkarlarlm bunu yaxşı bilirlır. Siz tamamilı doğru deyirsiniz ki, deputatlar öz bölgələrini layiqincə təmsil edirlər. Ola bilsin ki, parlamentdəki gələn görüşümüzdə deputatlarımız gürcü əhalisi olan regionların nümayəndələrinin də gələcəkdə sizin parlamentdə təmsil olunması məsələsini müzakirə edəcəklər. Əgər bir deputat belə təmsil olunsa, biz çox şad olarıq. Bu əvəz-əvəz demək deyildir. Bu, sadəcə olaraq, mənim arzumdur. Düşünürəm ki, bu onların problemlərini qanunvericilik orqanında qaldırmaq və həll olunmalı məsələlərdən danışmaq imkanını daha da yaxşılaşdırar.

Heydər Əliyev: Doğru deyirsiniz. Amma nəzərə almalısınız ki, bizim parlamentdəki deputatların sayı sizdəkindən iki dəfə azdır. Sizdə 235 deputat, bizdə isə 125 deputat var. Deputatların sayını artırmaq lazımdır, onda bu, asan olar.

Nino Burcanadze: Əlavə etmək istəyirəm ki, bu məsələni qətiyyən süni yolla həll etmək olmaz. Yoxsa bu mənim bir qədər əvvəl dediklərimə zidd olar.

Heydər Əliyev: Mənim Gürcüstan parlamentinin Azərbaycanlı deputatlarına bir arzum var. Fürsətdən istifadə edib demək istəyirəm. Nino Anzorovna dil bilmək barədə danışdı. Bu çox mühüm məsələdir. Siz Gürcüstanda yaşayırsınız və gürcü dilini bilməlisiniz. Siz gürcü dilində yazmağı, oxumağı, çıxış etməyi bacarmalısınız. Biz azərbaycanlıların, o cümlədən də Gürcüstanda yaşayan Azərbaycanlıların bir ciddi nöqsanı var. Onlar öz dilini yaxşı bilir, yaşadıqları ölkənin dilini isə pis bilirlər. Biz Gürcüstanda səfirlik açarkən gürcü dilini bilən Azərbaycanlı axtarırdıq. Halbuki burada Gürcüstanın müxtəlif bölgələrində doğulmuş, böyümüş nə qədər Azərbaycanlı var. Onlar parlamentdə, rəhbər vəzifələrdə, hüquq-mühafizə orqanlarında çoxdurlar. Nə qədər istəsəniz var, amma gürcü dilini bilənlər çox azdır. Mən böyük çətinliklə bir nəfər tapdım. O, gürcü dilini bilir. Gürcü dilini bilməyən adamı isə mən Gürcüstana səfir göndərə bilməzdim.

Nino Anzorovna, mənim sirrim yoxdur, bütün gürcü dostlarımız bizim qardaşlarımızdır. Çox vaxt da bizim adamlar deyirlər ki, ermənilər belə, ermənilər elə. Mən sizdən soruşuram: Gürcüstanda yaşayan ermənilər gürcü dilini bilirlərmi? Yaxşı bilirlər. Əgər Ermənistanda yayamış Azərbaycanlıları götürsək, görərik ki, onların 5 və ya 10 faizi erməni dilini bilirdi, rus dilini də pis bilirdilər. Bizdə yaşamış ermənilər, əvvəla, rus dilini bilirdilər, çoxları isə Azərbaycan dilini də bilirdi. Ona görə də açıq demək lazımdır - bu, Azərbaycanlılarda milli nöqsandır. Gəlin vəziyyəti düzəldək. Artıq biz öz müstəqil dövləti olan xalqıq, hər hansı digər dövlətdə də sərbəst yaşaya bilən xalqıq. Məsələn, Rusiyada çoxlu Azərbaycanlı yaşayır. Onlar Rusiya vətəndaşlarıdır, lakin müvəqqəti yaşayanlar da var. Onların hamısı rus dilini bilir. Əgər onlar rus dilini bilməsəydilər, orada işləyə bilməzdilər. Rusiyada Azərbaycanlı biznesmenlər Azərbaycanda olduğundan çoxdur. Ona görə ki, orada biznes üçün fəaliyyət sahəsi genişdir. Orada bir vilayət ərazicə Azərbaycandan böyükdür. Onlar orada ona görə uğurla işləyirlər ki, rus dilini bilirlər. Rus dilini bilməsəydilər, bunu edə bilməzdilər. Odur ki, gürcü dilini öyrənin, Nino Anzorovna, siz isə parlamentdə sınaqlar keçirin. Qoy onlar hər yarım ildən bir imtahan versinlər.

Nino Burcanadze: Buradakıların bəziləri gürcücə nəinki danışır, hətta mahnı da oxuyurlar.

Heydər Əliyev: Bu, yaxşı nümunədir. Nino Anzorovna, siz əməkdaşlığımızdan danışdınız. Biz beynəlxalq təşkilatlarda həqiqətən çox sıx əməkdaşlıq edirik. Öz aramızdır, bu da dostluğumuzun göstəricisidir. Avropa Şurasında biz dörd il bu təşkilata qəbul edilməyə namizəd olduq. Bütün bu dövr ərzində Gürcüstan nümayəndə heyəti bizi həmişə dəstəklədi. Biz üzv qəbul ediləndə də dəstəklədi. Elə bu yaxınlarda Azərbaycan haqqında məsələ müzakiə olundu. Əlbəttə, bu, qərəzli, ədalətsiz məsələ olsa da, müzakirə edildi. Yenə də Gürcüstan nümayəndə heyətinin üzvləri, hansı fraksiyaya daxil olmasından asılı olmayaraq, Azərbaycan nümayəndə heyətini yekdilliklə, tamamilə dəstəklədi. Bu, dostluğumuzun yaxşı göstəricisidir. Odur ki, beləcə davam edəcəyik. Dediniz ki, Avropa Şurasında çıxış etmisiniz, bu yaxşıdır. İnsan hüquqları Avropa Şurası üçün çox mühüm məsələdir. Lakin nədənsə, hər hansı bir cinayətkarın, terrorçunun hüququnu müdafiə edirlər, hətta deyirlər ki, o, siyasi məhbusdur. Amma 9 ildir doğma torpaqlarından qovulmuş və çadırlarda yaşayan qaçqınlarımızın hüquqlarını müdafiə etmirlər. Abxaziyadakı doğma yerlərindən qovulmuş gürcülərin hüquqlarını müdafiə etmirlər. İkili standart yaranır. Hər bir insanın hüquqları müdafiə edilməlidir. Qaçqın da, yaxşı yaşayan, çoxlu pulu olan da insandır, cinayətkarın da huququ var, onları da müdafiə etmək lazımdır. Nə üçün onu müdafiə edirlər, başqasını isə yox.

Nino Anzorovna, mən bilirəm ki, Siz Avropa Şurasının işində çoxdan fəal iştirak edirsiniz. Hesab edirəm ki, onlara çox şeyi aydınlaşdırmaq lazımdır. Eşitmişəm ki, kimsə orada belə izahat vermişdir. Deyib ki, filan adam hansısa cinayətə görə həbs edilmişdir. Cinayət törətmiş başqaları da var. Lakin onlar həbs edilməmişlər, ancaq o, müxalifətdə olan hansısa adamın qohumu olduğu üçün həbs edilmişdir. Belə çıxır ki, müxalifətdə olanların qohumları toxunulmazlıq hüququna malikdirlər. Kimsə bəyan edir ki, onun partiyası var, əslində belə bir partiya yoxdur, o deyir ki, belə bir partiya var, onun toxunulmazlıq hüququ var, başqasının da belə bir hüququ var və onun hüququnu Avropa Şurası müdafiə edir. Belə qohumu olmayan və ya heç bir partiyanın üzvü olmayan adi insanın hüquqlarını isə müdafiə etmir. Bu təzaddır, Avropa Şurasının ciddi çatışmazlığıdır. Fürsətdən istifadə edib demək istəyirəm ki, mən Avropa Şurasının qəbul etdiyi qətnamə ilə qətiyyən razı deyiləm. Bu ədalətsizlikdir, bizim nümayəndə heyətimiz etirazını bildirmişdir. Özü də məlumat vermişdilır ki, müzakirələrdə Azərbaycan dəstəklənirdi, lakin Avropa Şurasının rəhbərliyindən kimsə məsələyə qarışmış və deputatlara təzyiq göstərmişdir. Sonra səsvermə bizim əleyhimizə olmuşdur. Odur ki, insan huquqlarının müdafiəsi demokratiyanın başlıca məsələlərindəndir. Bu barədə biz Sizinlə həmrəyik və heç bir sual yoxdur. Amma bu işi necə qiymətləndirək - bu, gərgin fəaliyyət və böyük izahat tələb edir. Düşünürəm ki, bu sahədə də sizinlə birgə işləməliyik.

Hacan Hacıyev (Azərbaycanın Tbilisidəki səfiri): Mən təhsil mövzusuna qayıtmaq istəyirəm. Gürcüstanın Azərbaycan məktəblərində Azərbaycan tarixini öyrənmək üçün, Azərbaycandakı gürcü məktəblərind. Gürcüstan tarixini öyrənmək üçün şərait yaratmaq lazəmdər. Bu çox vacib məsələdir. Çünki məzunlar ali məktəbə daxil olmaq üçün Azərbaycana gələrkən, Azərbaycan tarixindən imtahan verməli olurlar.

Heydər Əliyev: Məgər kimsə buna mane olur?

Hacan Hacıyev: Heç kim.

Zurab Qumberidze: Bunu təhsil nazirlikləri səviyyəsində həll etmək olar.

Heydər Əliyev: Sadəcə olaraq, dərsliklər göndərmək və tədris proqramına daxil etmək lazımdır.

Nino Burcanadze: Mən nümayəndə heyətimizin üzvü cənab Revaz Mişveladze haqqında demək istərdim. O, məşhur gürcü şairi və yazıçısıdır. Onun kitabı Azərbaycan dilinə tərcümə olunmuşdur. O, fürsətdən istifadə edərək, dostluq münasibətlərimizin möhkəmləndirilməsinə kömək edən həmin kitabı Sizə təqdim etmək istəyir.

Revaz Mişveladze (yazıçı, "Dirçəliş" fraksiyasından deputat): Cənab Prezident, Sizin dilinizdən və xanım Nino Burcanadzenin çıxışından eşitdim və mənə çox xoşdur ki, ölkələrimiz çətinlikləri dəf etmişlər, bunlar arxada qalmışdır və biz ən yeni tarixə doğru inamla addımlayırıq. Ölkələrimiz arasında həlledilməz problemlərin olmadığını eşitmək mənim üçün çox xoş idi və başlıcası odur ki, əsrlər boyu bizi bir-birimizə eyni tale və müstəqil dövlətçilik arzusu başlamışdır.

O ki qaldı bizim bir-birimizdən hər gün, ilbəil öyrənməyimizə, istərdim ki, Gürcüstan böyük bir işdə sizdən, Sizin əla həll etdiyiniz problemdən nümunə götürsün. Azərbaycanda başqa dövlətin heç bir hərbi bazası yoxdur. Biz də buna çalışırıq.

Mən bir neçə kəlmə ilə öz minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanda mənim novellalar kitabım çıxmışdır. Bu novellalar digər ölkələrdə dəfələrlə nəşr edilmişdir, lakin mənə xüsusilə xoş idi ki, Azərbaycan qəzetlərindən məqalələr kəsib göndərmişlər. Bu kitab barəsində çoxlu rəylər oldu. Kitabda isə mən Gürcüstanda yaşayan Azərbaycanlılardan, həmvətənlərimdən bəhs edirəm. Bu mənim üçün xoş idi, ona görə də Sizin qarşınızda çıxış edərək bildirməyi qərara aldım ki, Vüqar Əliyevin tərcümə etdiyi bu kitabın nəşri Sizin fondunuzdan maliyyələşdirilmişdir. Bu o deməkdir ki, Siz mədəniyyətin inkişafını belə diqqətlə, belə müdrikcəsinə izləyirsiniz. Öz tərəfimizdən biz də muasir Azərbaycan yazıçılarının kitablarını tərcümə və cap etdirməyə çalışırıq. Sizin icazənizlə və Nino Anzorovanın icazəsi ilə bu kitabı Sizə bağışlayıram.

Daha bir məsələni qeyd etmək istəyirəm. Bunun diplomatiyaya nə dərəcədə uyğun olduğunu bilmirəm, lakin Sizi görəndə biz bir-birimizlə danışdıq və qayıdandan sonra Sizin əvvəlkitək gümrah, sağlam olduğunuzu bütün Gürcüstana bildirəcəyik. Bu, Gürcüstana da, Azərbaycana da çox lazımdır. Məndən haqqında danışmaq xahiş olunmuş bir problem də var. Azərbaycanda ingiloy adlandırılan gürcülər var, 1960-cı illərdə onlar pasportlarını təhvil vermişlər, onlara deyiblər ki, güya pasportlar dəyişir, lakin beş ildən sonra pasportlarını özlərinə qaytarmışlar. Bu pasportlarda isə başqa familiyalar yazılmışdır. Mən bilmirəm, bu, tarix baxımından nə dərəcədə ədalətlidir, lakin onların, əlbəttə, hamısı olmasa da, bəziləri çox xahiş edirlər, oz familiyalarını qaytarmaq istəyirlər. Pasporta görə bəziləri Məmmədovdur, halbuki onların familiyaları dəyişdirilməzdən əvvəl Mişveladze, Mikeladze və sair olmuşdur. Belə adamlar çox deyil, olsa-olsa, min və ya iki min nəfərdir. Xahiş edirəm ki, onlara familiyalarını dəyişdirməyə icazə versinlər.

Heydər Əliyev: Əvvəla, hədiyyənizə görə sağ olun, dostluğumuz haqqında dediyiniz xoş sözlər. görə sağ olun. O ki qaldı familiyalara, indi bizdə pasport yoxdur və milliyyət yazılmır. Azərbaycan vətəndaşının vəsiqəsi var, yəni siz oraya istədiyiniz familiyanı yaza bilərsiniz. Hər halda, mən göstəriş verəcəyəm və bu məsələ ilə mütləq məşğul olacaqlar.