Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova - Bakı şəhəri, 27 avqust 2002-ci il


Hörmətli İslam Əbdülqəniyeviç!

Özbəkistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Özbəkistan xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Özbəkistanı tarixi dostluq və qarşılıqlı surətdə əməkdaşlıq ənənələri bağlayır. İnanıram ki, bu ənənələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsi bundan sonra da xalqlarımızın, dövlətlərimizin mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, qardaş Özbəkistan xalqına isə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 sentyabr 2002-ci il.