Qırğızıstan Respublikasının Prezidenti zati-aliləri cənab Əskər Akayevə - Bakı şəhəri, 8 oktyabr 2000-ci il


Hörmətli cənab prezident!

Keçirilən bu yubiley şənliklər Şərqin qədim mədəniyyət mərkəzlərindən biri olan Oş şəhərinin 3000 illik yubileyi münasibətilə Sizi və qardaş qırğız xalqını ürəkdən təbrik edirəm.

YUNESKO-nun təqvimi ilə keçirilən bu yubiley şənlikləri təkcə qırğız xalqının deyil, bütün türk xalqlarının dərin tarixi kökləri olan zəngin mənəvi-mədəni irsini bir daha bütün dünyaya nümayiş etdirir.

Bu gün müstəqillik yolu ilə inamla addımlayan milli-mənəvi və maddi dəyərlərini ləyaqətlə qoruyub saxlayan və yaşadan xalqlarımızın öz tarixi keçmişi ilə fəxr etmək haqqı vardır.

Əminəm ki, Oş şəhərinin 3000 illiyinə həsr olunmuş yubiley təntənələri xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin inkişafına və möhkəmlənməsinə, əsrlər boyu ölkələrimizi birləşdirmiş, regionumuzda sabitliyin, sülhün və əmin-amanlığın bərqərar olunmasına xidmət etmiş böyük tarixi İpək yolunun nəcib ənənələrinin bərpasına öz töhfəsini verəcəkdir.

Bir daha Sizi və dost qırğız xalqını səmimi qəlbdən təbrik edir, hamınıza xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 5 oktyabr 2000-ci il.