Sloveniya Respublikasının prezidenti zati-aliləri cənab Milan Kuçana - Bakı şəhəri, 14 iyun 2002-ci il


Hörmətli cənab prezident!

Sloveniya Respublikasının milli bayramı - Sloveniyanın dövlətçiliyi günü münasibətilə Sizi və bütün Sloveniya xalqını səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, müstəqillik qazanmış ölkələrimiz arasında əlaqələrin genişlənməsi yolunda göstərdiyimiz səylər xalqlarımız üçün faydalı olacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 25 iyun 2002-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa