İki müqəddəs ocağın xadimi Səudiyyə Ərəbistanının məliki əlahəzrət Fəhd ibn Əbdüləziz al Səuda - Bakı şəhəri, 11 sentyabr 2002-ci il


Əlahəzrət!

Ölkənizin milli bayramı - Məmləkət günü elan edilməsi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm.

Ümidvaram ki, dostluq və əməkdaşlıq əlaqələrimizi daim inkişaf etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Səudiyyə Ərəbistanı xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 12 sentyabr 2002-ci il.