Mozambik Respublikasının Prezidenti zati-aliləri cənab Xoakim Alber Çissanoya - Bakı şəhəri, 2 mart 2000-ci il


Hörmətli cənab Prezident!

Mozambik Respublikasında təbii fəlakət nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılar haqqında xəbər məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm, fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 3 mart 2000-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış