İran İslam respublikasının prezidenti Zati-aliləri cənab Seyid Mәhәmmәd Xatəmiyə - Bakı şәhәri, 10 fevral 2000-ci il


Hörmәtli cәnab prezident!

İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibәtilә Sizə, qonşu vә dost İran xalqına sәmimi salamlarımı vә tәbriklәrimi yetirirәm.

Mәn ölkәlәrimiz arasında dostluq vә һәrtәrәfli әmәkdaşlıq münasibәtlәrinin inkişaf edib möһkәmlәnmәsinә xüsusi әһәmiyyәt verirәm.

İnanıram ki, xalqlarımızın qәdim tarixә malik dini, mәnәvi, mәdәni-iqtisadi әlaqәlәri qarşılıqlı sәylәrlә һәr iki ölkәnin mәnafeyi naminә genişlәnib möһkәmlәnәcәk, regionumuzda sülһün vә tәһlükәsizliyin möһkәmlәnmәsinә xidmәt edәcәkdir.

Fürsәtdәn istifadә edib Sizә möһkәm cansağlığı və uğurlar, ölkәnizә firavanlıq vә tәrәqqi arzulayıram.

Hörmәt vә ehtiramla,

Heydәr Әliyev,

Azәrbaycan Respublikasının prezidenti

"Azərbaycan" qazeti, 11 fevral 2000-ci il

 

Tarixi arayış

Azərbaycan - Asiya