Fransa Respublikasının Prezidenti zati-aliləri Jak Şirak cənablarına - 15 may 1995-ci il


Hörmətli cənab prezident!

Sizi Fransa Respublikasının prezidenti seçilməyiniz və bu vəzifəni icra etməyə başlamağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və işlərinizdə müvəffəqiyyət arzulayıram. Parisdə keçirilən, Avropada İkinci dünya müharibəsinin başa çatmasının 50 illik yubileyinə həsr olunmuş bayram şənliklərində iştirak etməyimi və Sizinlə şəxsən görüşüb tanış olmağımı məmnuniyyətlə xatırlayıram.

Biz Fransa ilə dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi fikir veririk. Əminəm ki, xalqlarımız və dövlətlərimiz arasındakı bu səmimi əlaqələr bundan sonra da inkişaf edəcəkdir.

Sizə və böyük Fransa xalqına dərin hörmət və ehtiramımı bildirirəm. Xalqınıza və dövlətinizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.