Yaponiyanın baş naziri zati-aliləri cənab Dzünitiro Koidzumiyə - Bakı şəhəri, 29 avqust 2002-ci il


Hörmətli cənab baş nazir!

Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyi münasibətilə Sizi və dost Yaponiya xalqını səmimi qəlbdən təbrik edirəm.

Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ötən dövrdə Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.

1998-ci ilin fevralında Yaponiyaya rəsmi səfərim zamanı keçirdiyim görüşləri, apardığım danışıqları məmnuniyyətlə xatırlayır və razılıq hissi ilə vurğulayıram ki, bu illərdə ölkələrimiz arasında əlaqələr genişlənmişdir və biz bir çox mühüm sahələrdə faydalı əməkdaşlığa nail olmuşuq.

Əminəm ki, dövlətlərarası münasibətlərimiz birgə səylərimiz sayəsində xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 30 avqust 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya