Hörmətli cənab Prezident!
Nikaraqua Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə Nikaraqua Respublikası arasında təşəkkul tapmaqda olan dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nikaraqua xalqının rifahı naminə fəaliyyitinizdə uğurlar diləyirəm.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti