Fransanın Respublika Uğrunda Birlik Partiyasının sədri xanım Mişel Allyot Mariyə - Bakı şəhəri, 25 dekabr 1999-cu il


 Hörmətli sədr!

Yeni Azərbaycan Partiyasının birinci qurultayına göndərdiyiniz təbrik məktubuna və xoş arzularınıza görə sizə dərin minnətdarlığımı bildirirəm.

Respublika Uğrunda Birliyə sədr seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edir, Qollist hərəkatının daha da möhkəmlənməsi yolunda yeni və məsul fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayıram.

Əminəm ki, Fransa Respublikası ilə Azərbaycanın dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına partiyalarımız arasında əməkdaşlıq da öz xüsusi töhfəsini verəcəkdir.

Xanım sədr, fürsətdən istifadə edərək sizi və partiyanızın bütün üzvlərini milad bayramı və yeni il münasibətilə təbrik edir, sizə səadət və möhkəm cansağlığı, partiyanıza isə yeni uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri.

Tarixi arayış

Azərbaycan - Avropa