Bruney Darussalamın Sultanı Əlahəzrət Həssanal Bolkiaha - Bakı şəhəri, 17 fevral 2001-ci il


Əlahəzrət!

Bruney Darussalamın milli bayramı - Milli gün münasibətilə sizi və dost Bruney xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Bruney Darussalam arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, qarşılıqlı əlaqələrimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 23 fevral 2001-ci il.