Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliya parlamenti senatının rəhbəri Nikola Mancino ilə söhbətindən - Roma, Parlament sarayı, 25 sentyabr 1997-ci il


Hörmətli cənab Mancino!

Səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Xatırladım ki, 1975-ci ildə Azərbaycana mən rəhbərlik edirdim. O zaman respublikamzın iqtisadiyyatında böyük nailiyyətlər əldə edilmişdi. Keçmiş Sovetlər İttifaqında planlı iqtisadiyyat mövcud olsa da, Azərbaycanda 1970-1980-ci illərdə bütün sahələrdə müsbət nəticələr qazalınmış, Azərbaycan müttəfiq respublikalar arasında özünə layiq yer tutmuşdu. Keçmiş SSRİ-də Siyasi büronun üzvü olarkən və baş nazirin birinci müavini vəzifəsində işləyərkən nəhəng ölkənin iqtisadiyyatının böyük bir hissəsinə rəhbərlik etmişəm və iqtisadiyyata yaxşı bələdəm. Qeyd edim ki, planlı təsərrüfatın yaratdığı çətinliklər bazar iqtisadiyyatına keçmək, onun çox üstün cəhətlərindən istifadə etmək yolunda ciddi maneəyə çevrildiyindən Azərbaycan müstəqillik qazandıqdan sonra yubanmadan bazar iqtisadiyyatı yolunu seçdi. Artıq qısa müddətdə Azərbaycanda iqtisadi islahatların, özəlləşdirmənin həyata keçirilməsi sahəsində uğurlar qazalınmışdır. Görülən tədbirlər nəticəsində indi Azərbaycanda inflyasiya sıfır dərəcəsinə enmişdir.

Nəzərə çatdırım ki, MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda torpaq şəxsi mülkiyyətə verilmişdir. Bu tədbir xalq tərəfindən böyük rəğbətlə qarşılanmış, tez bir müddətdə vaxtilə ət, süd məhsullarını başqa ölkələrdən alan Azərbaycanda indi bu məhsullara tələbat demək olar ki, tamamilə daxili imkanlar hesabına ödənilməyə başlanmışdır.

Vurğulayım ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində indi əsaslıı dönüş yaranmışdır. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi barədə xarici ölkələrin çox nüfuzlu neft şirkətləri ilə tarixi müqavilələr imzalanmışdır. Hazırda respublikamız dünyanın əksər ölkələri ilə six əməkdaşlıq edir və Azərbaycana xarici investisiyaların geniş axını başlanmışdır. Xəzərin Azərbaycan sektorundakı neft yataqlarından hasil ediləcək nefti dünya bazarına çıxaracaq boru kəmərlərinin marşrutları müəyyən edilmişdir və bu sahədə iş davam etdirilir. Xatırladım ki, həmin yataqlardan təxminən bir aydan sonra ilkin neftin çıxarılmasına başlanılacaqdır.

Nəzərə çatdırım ki, "Acip" şirkəti ilə ARDNŞ arasında "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə imzalanmış sənəd ölkələrimizin münasibətlərinin daha da yaxınlaşdırılmasında böyük əhəmiyyət daşıyır. Vurğulayım ki, çox perspektivli olan bu yatağa dünyanın bir sıra digər ölkələrinin neft şirkətləri də xüsusi maraq göstərirdilər. Xatırladım ki, vaxtilə Azərbaycana rəhbərlik edərkən Bakı ilə Neapolun qardaşlaşmış şəhərlər olmasma əməli kömək göstərmişəm. Nəzərə çatdırım ki, hələ 1970-ci illərdə bünövrəsi qoyulmuş bu böyük əhəmiyyətli iş bu gün Azərbaycan-İtaliya əməkdaşlığının durmadan inkişaf etdirilməsində muhüm rol oynaya bilər.

Cənab Mancino, İkinci dünya müharibəsi illərində İtaliya Müqavimət Hərəkatının, Cüzeppe Haribaldi adına partizan dəstəsinin fəal üzvü olmuş həmyerlimiz Məmməd Bağırovu Sizə təqdim edirəm. Belə adamların sayı isə onlarladır. Bu bir daha göstərir ki, xalqlarımızın tarixi əlaqələri ən çətin günlərdə belə davam etmişdir.

Bildirirəm ki, Ermənistanın Azərbaycana təcavüzü müstəqil respublikamız üçün ən ağrılı problem olaraq qalır. Bu təcavüz nəticəsində ölkəmizin ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır vəziyyətdə yaşayırlar. Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün Minsk qrupu çərçivəsində aparılan danışıqlar mühüm rol oynaya bilər. Bunun üçün isə ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-ci ilin dekabrında Lissabon-da keçirilmiş Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsas kimi götürülməlidir.

Nəzərə çatdırım ki, Lissabon Zirvə görüşündə həmin prinsiplər 53 dövlət tərəfindən təsdiq edilmişdir. Biz münaqişənin məhz bu prinsiplər əsasında həll olunmasına tərəfdarıq.

Xatırladım ki, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan təcavüzkar niyyətlərindən hələ də əl çəkmək istəmir. Buna baxmayaraq mən əmin olduğumu bildirirəm ki, dünya ictimaiyyəti, nüfuzlu dövlətlər, beynəlxalq təşkilatlar 1988-ci ildən bəri davam edən bu təcavüzün tezliklə aradan qaldırılmasına diqqəti artıracaqlar.

Nəzərə çatdırıram ki, hazırda ATƏT-in Minsk qrupuna dünyanın üç böyük dövləti - ABŞ, Rusiya, Fransa həmsədrlik edirlər. Həmsədrlərin irəli sürdükləri təkliflər münaqişənin dinc yolla aradan qaldırılmasına olan ümidləri xeyli artırmışdır və güman edirik ki, Ermənistan tərəfi də gec-tez bunu başa düşəcəkdir. Vəziyyəti xəritə vasitəsilə şərh etməklə daha tez dərk etmək mümkündür.

Cənab Mancino, görüşümüzün sonunda mən Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.