İsveç Krallığının baş naziri zati-aliləri cənab Yoran Perssona - Bakı şəhəri, 2 iyun 2003-cü il


Hörmətli cənab baş nazir!

İsveç Krallığının milli bayramı - İsveç bayrağı günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, dost ölkələrimiz arasında qarşılıqlı münasibətlərin genişləndirilməsi üçün göstərdiyimiz səylər, xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza isə - sülh və rifah arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 6 iyun 2003-cü il.