İrlandiyanın Prezidenti zati-aliləri xanım Meri Makalisə - Bakı şəhəri, 13 mart 2002-ci il


Hörmətli xanım prezident!

İrlandiyanın milli bayramı - Müqəddəs Patrik günü münasibətilə Sizi və bütün İrlandiya xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 13 mart 2002-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa