Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının dini rəhbəri Seyid Məhəmməd Xamenei ilə görüşdə söhbəti - Tehran, 10 iyun 2000-ci il


Seyid Məhəmməd Xamenei: Ölkəmizə xoş gəlmisiniz, cənab Prezident. Sizinlə görüşümdən olduqca məmnunam. Bizim ölkələrimiz və xalqlarımız tarixən bir-biri ilə qırılmaz tellərlə bağlıdır. Mən əminəm ki, bu bağlılıq əbədi olacaqdır.

 Heydər Əliyev: Xoş sözlərinizə görə təşəkkür edirəm. Sizinlə olan əvvəlki görüşlərimiz həmişə əhəmiyyətli olub. Belə yüksək səviyyəli görüşlər ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayır.

Məlumatınız olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması sahəsində xeyli işlər görülmüsdür. Bu münaqişənin indiyə qədər aradan qaldırıması bölgədəki digər ölkələr üçün də daim təhlükə mənbəyidir. Ermənistan haqsiz ərazı iddiaları və təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edılmıs, bu torpaqlardan bir milyondan çox vətəndaşımız öz doğma yerindən-yurdundan silah gücünə zorla çıxarılmış və yeddi ildən bəri çadırlarda ağır vəziyyətdə yaşayır. Dünya ictimaiyyətının gözü qarşısında baş verən bu haqsızlıqlara dost və qonşu İranın həssaslıqla yanaşması, regional təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməsi olduqca vacibdir.

Seyid Məhəmməd Xamenei: Cənab Prezident, Azərbaycanın qarşılaşdığı problemlərin həllinə İran bundan sonra xüsusi diqqət yetirəcək. Müstəqil Azərbaycan Respublikası ilə bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi İran İslam Respublikası üçün böyük əhəmiyyət daşıyır. Mən əminəm Xəzərin hüquqi statusu Xəzəryanı dövlətlərin iştirakı ilə tezliklə tənzimlənəcəkdir.

Heydər Əliyev: Mən, həmçinin ona da əminəm ki, Azərbaycan-İran minasibətlərində danışıqlar vasitəsilə həll edilməsi mümkün olmayan heç bir problem yoxdur.

Seyid Məhəmməd Xamenei: Elədir, cənab Prezident. Sözsüz ki, biz bütün problemlərimizi həll etməyə çalışacağıq. Bu ilin sentyabr ayında İrana yeni rəsmi səfəriniz zamanı bir sıra digər məsələlər haqqında da müzakirələri davam etdirəcəyik. 

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya