Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Maldiv Respublikasının Prezidenti zati-aliləri cənab Məmun Əbdül Qəyyuma təbriki - Bakı şəhəri, 21 iyul 2000-ci il


Hörmətli cənab Prezident!

Maldiv Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və dost Maldiv xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, Sizə cansağlığı və uğurlar, ölkənizə sülh, tərəqqi və firavanlıq arzulayıram.

Azərbaycan Respublikası ilə Maldiv Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsinə böyük əhəmiyyət verərək əmin olduğumu bildirirəm ki, əlaqələrimiz xalqlarımızın mənafeyi, regionumuzda və bütün dünyada sülhün və əmin-amanlığın möhkəmlənməsi naminə inkişaf edib dərinləşəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış