Braziliya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Luis İnasiu Lula da Silvaya - Bakı şəhəri, 29 oktyabr 2002-ci il


Hörmətli cənab prezident!

Braziliya Federativ Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Braziliya arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 30 oktyabr 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

XARİCİ SİYASƏT

Tarixi arayış

XARİCİ SİYASƏT