Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Jak Şiraka - Bakı şəhəri, 24 noyabr 2002-ci il


Hörmətli cənab prezident, əziz dostum!

Sizi - görkəmli dövlət xadimini 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Müasir dünya siyasətində xüsusi nüfuz sahibi kimi Siz Yer üzündə sülhün bərqərar olmasında, beynəlxalq proseslərin ədalətlə tənzimlənməsində fəal iştirak edir, mühüm rol oynayırsınız.

Xalqınızın Sizə böyük inam və etimadı Fransa qarşısında xidmətlərinizə verilən ən yüksək qiymətdir.

Ölkəmizə göstərdiyiniz diqqətə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün mütəmadi səylərinizə görə Sizə minnətdaram.

Sizinlə hər bir görüşümüzdən, aramızdakı səmimiyyətdən və dostluq münasibətlərindən böyük məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət, dost Fransa xalqının rifahı naminə fədakar işinizdə uğurlar arzulayıram.

Səmimi dostluq hissləri ilə,

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 29 noyabr 2002-ci il.