Vsevolod Şilovski (1938), Rusiyanın xalq artisti


Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci vəzifəsində işlədiyi illərdə Moskva Akademik Bədaye Teatrının Kamerger dalanındakı əsas binasının tamamilə qurulmasına ehtiyac vardı. Bundan ötrü böyük pul lazım idi. Odur ki, Nazirlər Sovetinə ərizə ilə müraciət etdik. Teatrın rəhbərliyi ilə birlikdə mən də nümayəndə heyətində idim. Mən binanın yenidən qurulmasının təşkilinə cavabdeh idim.

Bizi Nazirlər Sovetinin iclasına dəvət etdilər. İclası SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev aparırdı. Məsələ maliyyə baxımından çox mürəkkəb idi, ona qəti bir seçim edilməli idi: ya lazım olduğu qədər pul, ya da ümidimizi üzməliyik.

Nəhəng salondakı masanın yuxarı başında əyləşən Əliyev dedi: "Məsələ MABT-la bağlıdır. Biz onu diqqətsiz qoymamalıyıq. Bizim vəzifəmiz məsələni araşdırıb, maliyələşdirmə barədə qərar qəbul etməkdir”. Qərarı da o etdi. Elə həmin iclasda bizə 25 milyon dollar ayrıldı. Az pul deyil! İncəsənətə səmimi münasibət, bax, budur.

Mən uzun ömür sürmüşəm və məni heyrətləndirmək çətindir. Mən daha sözlərə inanmıram, ancaq əməllərə inanıram. Bu insan bütün ömrü boyu böyük və nəcib işlər görmüşdür. Heydər Əliyev indiyədək çalışdığı bütün dövlət vəzifələrində mədəniyyət xadimlərinə, özü də təkcə Azərbaycanın deyil, Rusiyanın da, keçmiş SSRİ-nin digər respublikalarının da mədəniyyət xadimlərinə, o cümlədən zəngin ənənələri və rus məktəbinin beşiklərindən biri olan dünya şöhrətli Moskva Akademik Bədaye Teatrına da həmişə qayğı göstərmişdir.

“Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.322-323